Bakıda təmir işləri ilə əlaqədar bir sıra marşrut xətləri müvəqqəti dəyişdirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən həmin yoldan keçən marşrut xətlərində də müvəqqəti dəyişiklik edilib.
M.Ağayevin sözlərinə görə, dəyişikliyə əsasən, H1 (Exspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər, alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucova küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər. Təmir işlərinə aprelin 3-də axşam saatlarından etibarən başlanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB