Meyvə-tərəvəz üzrə ixtisaslaşan şirkətlərimiz Bavariyaya səfər edəcək

Meyvə-tərəvəz üzrə ixtisaslaşan şirkətlərimiz Bavariyaya səfər edəcək

Azərbaycanda meyvə və tərəvəzin yetişdirilməsi və emalı üzrə ixtisaslaşan şirkətlərin aprelin 24-dən 28-dək Almaniyanın Bavariya vilayətinə səfəri planlaşdırılır. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan verilən məlumatda deyilir ki, səfərin məqsədi müvafiq şirkətlərimizi Bavariyanın avadanlıq istehsalçıları, o cümlədən meyvə və tərəvəz yetişdirilməsi və emalı üçün yeni texnologiyalar ilə tanış etməkdir.

İştirakla bağlı 160 avro məbləğində rüsum, viza rüsumu və beynəlxalq nəqliyyat xərcləri iştirakçılar tərəfindən, digər xərclər isə Bavariya vilayəti tərəfindən ödəniləcək. Azərbaycanda meyvə və tərəvəzin yetişdirilməsi və emalı üzrə ixtisaslaşan şirkətlər ətraflı məlumat üçün AZPROMO-ya müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə