Millət vəkili: “Vətəndaşlarımız daha yaxşı yaşayacaq, iqtisadiyyatımız dayanıqlı olacaq” AÇIQLAMA
"Martın 28-də Cənab Prezdentin sədrliyi ilə pambıqçılığın inkişafına dair Respublika müşavirəsi keçirildi. Müşavirədə ölkə başçısı qeyd etdi ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, dayanıqlı inkişafı təmin edəcək. Yəni ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətidir və bu istiqamətdə uğurlu nəticələr əldə olunur. Bu uğurların əldə olunmasının təməlində regionların sosial - iqtisadi inkişafı dayanır. Məhz bu illər ərzində regionlarda icra olunan bir çox sosial layihələr bu gün regionlarda kənd təsərrüfatının və sənayenin inkişafına əlverişli şərait yaradıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, yeni su anbarların və suvarma sistemlərin tikilməsi, yol infrastrukturunun yenidən qurulması, enerji stansiyaların və nəql xətlərin müasirləşməsi, yeni texnikaların alınması və sair icra olunması, regionlarda pambıqçılığın, baramaçılığın, tütünçülüyün və digər sahələrin inkişafına təkan verib: "Bu, həm də ölkədə işsizlik probleminin birdəfəlik həll olunması üçün yeni imkanlardır. Cənab Prezdentin qeyd etdiyi kimi pambıqçılığın inkişaf etdirilməsi hər şeydən əvvəl sosial layihədir sonra iqtisadi. Əgər 100 minlərlə insan pambıqçılıqda məşğul olaraq evinə qazanc apara bilirsə , bu insanların güzəranının yaxşılaşmasına xidmət etmək deməkdir. Müşavirədə ölkə başçısı qeyd etdi ki, yeni təşəbbüslər və islahatlar dayanıqlı inkişafı təmin edəcək.
Burada əlavə torpaq sahələrin dövrüyyəyə buraxılması, pivot sitemlərin ölkədə istehsalı, pestisitlər və dərmanların istehsalı, peşə məktəblərin genişləndirilməsi və kadrların hazırlanması, yüngül sənayenin inkişaf etdirilməsi və pambığın son məhsulunu ixrac etməyi, yeni bazarlara çıxışının təmin olunması və başqa islahatların aparılması nəzərdə tutulub. Düşünürəm ki, bütün bu işlərin icrası Azərbaycanın inkişafını sürətləndirəcək, vətəndaşlarımız daha yaxşı yaşayacaq, iqtisadiyyatımız dayanıqlı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB