Yeni yarmarka istifadəyə verilib

Artıq Bakı şəhərində, altı rayon və altı ünvanda kənd təsərrüfatı məhsullartının satış yarmarkaları fəaliyyət göstərir. Nazirlikdən SİA-ya verilən məlumata görə, mart ayından Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsində yerləşən "Agromall Yaşıl Market" yarmarkası gündəlik olaraq fəaliyyət göstərir. Yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb, yarmarka ən müasir texniki avadanlıqlarla təchiz olunub.

Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları öz məhsullarını satmaq üçün yeni təşkil olunan yarmarkaya dəvət olunur.

Məlumat üçün bildirək ki, "Yaşıl Market" yarmarkada yerləşmək üçün məhsul istehsalçılarından və sahibkarlardan heç bir ödəniş tələb olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə