Azərbaycan manatına inamı qorumaq üçün 10 il lazım olub, lakin 2 il ərzində bu valyuta inamı itirib. Bu barədə "Bloomberg" yazır.
Agentlik qeyd edir ki, inamın itməsinə 2 devalvasiya kifayət edib. Fevral ayı ərzindəki rallidən sonra manat qlobal valyutalar arasında dollara nisbətən ən çox möhkəmlənən valyuta olub. Buna baxmayaraq, ölkə əhalisi manata inanmır. Bir qədər öncə qeyd etdiyimiz kimi, ikili devalvasiyadan sonra manata inam azalıb.
Son 20 ildə ilk azalmadan sonra ölkə iqtisadiyyatı bərpa olunmaqdadır. Lakin valyuta böhranı və ikirəqəmli inflyasiya öz sözünü deməkdədir. "Sberbank CIB"-in analitikləri hesab edir ki, qeyri-müəyyənliyin əsas mənbəyi Azərbaycan Mərkəzi Bankının (AMB) qeyri-müəyyən monetar siyasətidir. Analitiklər bildirir ki, bu siyasət "bir qədər ardıcıl deyil". AMB keçirdiyi depozit hərracları və banklara verdiyi maliyyə dəstəyi ilə manatın likvidliyini qorumaq istəyir. Analitiklər Aleksandr Qolinski və Rodion Lomivorotov yazırlar: "Əhalinin böyük bir qismi manatın hazırkı məzənnəsini müvəqqəti hesab edir. Bu, mövsümi amillərlə izah olunur. Əksəriyyət hesab edir ki, ucuzlaşma ilin ikinci yarısında bərpa olunacaq. Neftin qiyməti hazırkı səviyyədən aşağı ensə, bu, qaçılmazdır".
Maraqlı məqam ondan ibarətdir ki, yanvardan etibarən Brent markalı neft təxminən 10% ucuzlaşıb, lakin neft valyutası olan manat bu müddət ərzində 13% möhkəmlənib. Bu baxımdan manat Gürcüstan və Meksikanın milli valyutaları olan lari və pesonu qabaqlayıb.
Ölkə əhalisi isə əmanətlərini xarici valyutada qorumaqda maraqlıdır. AMB-nin statistikasına əsasən, yanvarın sonuna banklardakı depozitlərin 81,3%-i dollardadır. Halbuki 2016-cı ilin sonuna bu göstərici 79,6% olub.
"Fitch" beynəlxalq reytinq agentliyinin baş direktoru Pol Qembl bildirir ki, təşkilat üçün depozitlərin dollarizasiyası milli valyutaya olan inamın əsas göstəricisici: "Azərbaycanda isə dollarizasiya olduqca yüksək səviyyədə qalmaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB