Ərdoğan açıqladı: Rusiya ilə vizasiz rejimə keçid tezləşdirilməlidir
Rusiya və Türkiyə arasında vizasız rejimə keçidi sürətləndirmək lazımdır. Trend-in məlumatına görə, bunu Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra bildirib. Türkiyə prezidenti qeyd edib: "Vizasız rejim üçün addımlar atırıq. Düşünürəm bu məsələni tezləşdirmək lazımdır".
Ərdoğan Türkiyə və Rusiya arasında aviareyslərin sayının artırılmasını da vacib addımlardan sayıb. Bundan başqa, dövlət başçısı Türkiyənin Rusiyadan MS-21 təyyarələrinin tədarükündə maraqlı olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB