Mənzillərin qiyməti qalxıb?

Mənzil bazarında qiymət artımları keçən illərə nisbətən müşahidə olunmur. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Ramil Osmanlı deyib. Onun sözlərinə görə, buna mövcud iqtisadi şəraitin də təsiri var: "Yəni mənzil bazarına tələb bir o qədər də yüksək deyil. Maliyyə bazarında baş verən proseslər müəyyən qədər aktivliyin qarşısını alır. İnsanlar əlindəki pulları daha çox qoruyub saxlamağa çalışırlar. Bütün bu proseslər bazardakı hərəkətsizliyə təsir göstərir. Bu isə qiymət azalmasına gətirib çıxarır".

Ramil Osmanlı qeyd edib ki, son aylar müşahidələr göstərir ki, mənzil bazarında qiymət artımları müşahidə ediləcək: "Buna səbəb ipoteka kreditlərinin bərpasıdır. İpoteka kreditlərinin verilməsi təkrar bazarda qiymət azalmasının qarşısını alaraq, canlanma yaradacaq. Araşdırmalarımıza görə, bu ay mənzil bazarında müvəqqəti aktivlikdir. Sonrakı aylarda mənzil bazarında qiymət artımları nisbətən azalıb, stabilləşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə