Murtuzəli Hacıyev: “Nazirlik bərpa prosesində yaxından kömək göstərməyə hazırdır”
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 4 milyon manat vəsait ayrılıb. İşğaldan azad olunmuş Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin bərpa prosesində dövlət qurumları ilə yanaşı, cəmiyyətimizin müxtəlif təbəqələrindən olan insanlar qeyri hökumət təşkilatları gənclər yaxından iştirak etməyə hazırdırlar.
"Dövlət başçısının tapşırığına əsasən bütün dövlət qurumları kimi Kənd Təsərrüfatı Nazirliyi öz üzərinə düşən işləri böyük məsuliyyətlə yerinə yetirəcək". Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi bərpa prosesində yaxından köməklik göstərməyə hazırdır. Belə ki, Nazirlik həmin ərazilərdə, əkinçilik fəaliyyəti ilə məşğul olan insanları toxumla, gübrə və dərman perpeartlarlı ilə təmin edəcək. Kənd təsərrüfatının inkişafı fermer təsərrüfatlarının, maldarlığın inkişafına və kəndin sosial sahədə inkisafına öz töhfəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB