Musa Qasımlı: “Bu sammit qarşılıqlı münasibətləri daha da inkişaf etdirəcək”
Cənab Prezident İlham Əliyevin İƏT-in İslamabadda keçirilən sammitində iştirakı və keçirdiyi görüşlər, etdiyi nitq müasir diplomatiyamızın səhifələrindən biridir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, səfər zamanı Pakistan rəhbərliyi ilə keçirilən görüşlər ikitərəfli diplomatik-siyasi, ticarət-iqtisadi, mədəniyyət, elmi-texniki, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına kömək edəcək: "Bu sammit çərçivəsində dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı investisiya yatırımlarının artırılması və səmərəli təkliflərin nəzərə alınması vacib məsələlərdəndir".
Musa Qasımlı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səsləndirilən fikirlər müstəsna əhəmiyyət kəsb edir: "Sammit çərçivəsində digər ölkələrin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlərin qarşılıqlı münasibətlərimizə dinamizm verəcəyi də şübhəsizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB