"Cənub Qaz Dəhlizi çox mühüm bir layihədir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu layihə öz əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan kəmərinə bərabər hesab olunur. Q.Hüseynli xatırladıb ki, Cənub Qaz Dəhlizi layihəsi həm Avropa, həm də region ölkələri üçün böyük əhəmiyyət kəsb edir: "Azərbaycan ilk vaxtlar Avropa ölkələrinə 10 milyard kub metr, Şahdəniz-2 layihəsi işə düşəndən sonra 30 milyard kub metr qaz ötürəcək. Bu da təbii ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün vacib bir addımdır". Politoloq əlavə edib ki, Cənub Qaz Dəhlizi ölkəmizə çox böyük gəlir gətirəcək, Azərbaycanın büdcə gəlirlərini 70-80 fazi artıracaq: "Ona görə də biz bu qaz layihələrinə böyük ümid bəsləyirk. Əminik ki, onların işə düşməsi ilə Azərbaycanın büdcəsində gəlirləri çoxalacaq, həm də ölkə daxilində bir sıra digər layihələri maliyyələşdirmək üçün imkanlar əldə olunacaq". Politoloq əlavə edib ki, bu qaz kəməri layihəsi az qala neft qədər gəlirli və Azərbaycana sərmayə gətirə biləcək iri bir layihədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB