Gömrük nəzarətindən gizlədilmiş dərmanlar aşkara çıxarıldı

Gömrük nəzarətindən gizlədilmiş dərmanlar aşkara çıxarıldı

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili "HCVG viZual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib. SİA-nın verdiyi məlumata görə, Türkiyə vətəndaşının idarə etdiyi həmin avtomobil yoxlama-baxış sistemindən keçərkən avtomobilin qoşqusunun altında gömrük nəzarətindən gizlədilmiş 548 konvalyut "Pantactive 40 mg Enterik Kaplı Tablet Pantoprazol", 278 konvalyut "Pepticer 30 mg Lansoprazol" adlı dərman preparatları və 1497 ədəd "Melox 15 mg" adlı ampul aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə