“Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi üç dəfə artıb”
Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 2016-cı ildə üç dəfə artıb. SİA "tribune.com.pk" nəşrinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabadın Ticarət-Sənaye Palatasında Azərbaycandan gələn biznesmenlərdən ibarət nümayəndə heyəti ilə görüşdə deyib. O bildirib ki, bu sahədə inkişafa nail olmaq üçün potensial daha yüksəkdir. Diplomat xatırladıb ki, hər iki dövlətin rəhbərləri ticari və iqtisadi əlaqələrin gücləndirlməsi niyyətini bəyan ediblər.
O, Azərbaycan nümayəndə heyətinin səfərinin Pakistanla yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyinə ümid etdiyini vurğulayıb.
İslamabadın Ticarət-Sənaye Palatasının rəhbəri Xalid Malik bildirib ki, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi mövcud potensiala cavab vermir. O, Pakistanın Azərbaycana əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və digər sahələrdə hazır məhsullar ixrac edə biləcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB