Yollarının qardan və buzdan təmizlənməsi işi davam etdirilib
Fevralın 2-də avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə "Azəravtoyol" ASC–nin balansında olduğu paytaxtın küçə və prospektlərinin, o cümlədən respublikanın avtomobil yollarının qardan və buzdan təmizlənməsi istiqamətində işlər davam etdirilib. SİA-nın "Azəravtoyol" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yollara "Azəravtoyol" ASC-yə məxsus qarkürüyən, duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə cəlb edilib.
Görülən tədbirlər nəticəsində Bakı şəhərində və respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmayıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB