Azərbaycanda sənədli investisiya qiymətli kağızları buraxılacaq. SİA-nın xəbərinə görə,bu Milli Məclisin plenar iclasında müzakirə edilən "Qiymətli kağızlar bazarı haqqında" qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə görə, investisiya qiymətli kağızları sənədsiz və ya sənədli olmaqla, adlı formada buraxılacaq. Sənədsiz investisiya qiymətli kağızları mərkəzi depozitarda saxlanılmalıdır. İnvestisiya qiymətli kağızları sənədli formada buraxılan zaman dövlət qeydiyyatına alınması və emisiya prospektinin təsdiq edilməsi üçün sertfikatının nümunəsi tələb olunacaq. Dəyişiklik müzakirələrdəm sonra səsə qoyularaq qəbul edilib. Məlumat üçün nəzərinizə çatdıraq ki, hazırda qüvvədə olan qanuna əsasən investisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB