"Çinin investisiya nöqteyi-nəzərindən Azərbaycana marağı getdikcə artır və bundan sonra daha da artacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Əliyev deyib.
Çinin dünyanın ən böyük bir başa xarici investisiyalar yatıracaq dövlətlərin siyahısında olduğunu deyən E. Əliyev bildirib ki, dünyanın POP 10 bankına baxsaq, orada bir neçə - kənd təsərrüfatı, ağır sənaye sahəsində fəaliyyət göstərən Çin banklarının olduğunu görə bilərik:
"Bilirsiniz ki, Çinin eksport-import bankları çox güclü mövqeyə malikdirlər. Onlar Çinin istehsal etdiyi ya əmtəələrin, ya da hazır malların istifadəsi əsasında yeni müəssisələri maliyyələşdirməklə məşğuldurlar. Ölkəmizdə də bunun üçün geniş potensial olduğundan Çin ölkəmizlə əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlığın daha da genişlənməsinə çalışır".
İqtisadçı-ekspert qeyd edib ki, Çin həmçinin Azərbaycandan tranzit ölkə kimi əməkdaşlıqda da maraqlıdır: "Çin dünyada əsas istehsal zonalarından biri sayılır və öz mallarının Avropaya daşınmasında çox maraqlıdır. Bu baxımdan Çin Azərbaycan kimi strateji portnyorla hər zaman əməkdaşlığa hazır olmaqla yanaşı, iki ölkə arasında əlaqələri genişləndirmək niyyətindədir. Belə ki, Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi və onun 2018-ci ildə tam şəkildə reallaşması Çindən Avropaya əmtəələrin 30-35 günə deyil, Azərbaycan üzərindən 12-15 gün müddətində daşınmasına şərait yaradacaq. Burada söhbət on milyonlarla ton yükün daşınması və eləcə də Çinin çoxlu vəsait əldə etməsindən gedir. Təbii ki bu məsələdə Azərbaycan da çox vəsait əldə edəcək. Belə ki, layihə reallaşdıqdan sonra ölkəmiz hazırkı daşımalarından qat-qat artıq olacaq. Bu baxımdan Azərbaycan-Çin əməkdaşlıqda maraqlıdılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB