Dünya bazarında neftin qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar artaraq 52,64 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar artaraq 55,63 dollar olub.
Azərbaycan nefti də bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,36 dollar və ya 0,64 faiz artaraq 56,29 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB