Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Mərkəzi Bankın sədri Elman Rüstəmov ilə görüşüb. Səfirlikdən SİA-ya verilən məlumata görə, Labardini səfirliyin Azərbaycandakı fəaliyyəti barədə məlumat verib, son illərdə ikitərəfli münasibətlərdə müşahidə olunan irəliləyişdən söz açıb.Bundan əlavə, Meksikanın Mərkəzi Bankının fəaliyyəti və son on illiklər ərzində ölkəsinin maliyyə və iqtisadi sistemlərin inkişafında görülən işlərdən danışıb. Eyni zamanda Meksika iqtisadiyyatına aid vacib göstəriciləri və onun dünyadakı hazırkı mövqeyini diqqətə çatdırılıb.
Mərkəzi Bankın sədri müvafiq xarici institutların təcrübəsini tanımaq və araşdırmağın zəruriyyətini vurğulayıb, həmçinin, Azərbaycanda bank sisteminin tarixi və inkişafı yollarından danışıb. Bu xüsusda, biliklərin mübadiləsi sözügedən strukturun inkişafı üçün faydalı ola biləcəyi qeyd olunub.
Hər iki tərəf Meksika və Azərbaycanın Mərkəzi Bankları arasında texniki əməkdaşlığın yollarını axtarmaq və əlaqələri genişləndirməyə dair ideyalarını, habelə istəklərini ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB