2647 nömrəli quyuda qazma işlərinə başlanılıb

2647 nömrəli quyuda qazma işlərinə başlanılıb

"Neft Daşları" yatağındakı 1637A nömrəli meydançadan 2647 nömrəli quyuda qazma işlərinə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1310 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə