“Moskva və Bakı mübahisələr yaradan bir sıra məsələləri həll edib” Roqozin
Moskva ilə Bakı iki tərəf arasında əvvəllər çətin mübahisələr yaradan bir sıra məsələləri həll edib. SİA-nın RİA Novostiyə istinadən məlumatına görə, bunu bunu Rusiya baş nazirin müavini Dmitri Roqozin Bakıda keçirilən Rusiya-Azərbaycan ticari-iqtisadi məsələləri üzrə hökumətlərarası komissiyasının iclasında deyib.
Roqozin bildirib: "Biz danışıqlara çox vaxt sərf etdik və mübahisə yaradan bir neçə məsələni həll etdik".
Rusiyalı rəsmi Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovu Sankt-Peterburqda iyun ayında keçiriləcək energetika forumuna da dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB