Layihənin nəticələri açıqlanıb

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC "Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi" layihəsinin nəticələrini elan edib.

SİA-nın məlumatına görə, bu münasibətlə dekabrın 15-də ASC-də keçirilən tədbirdə qurumun sədr müavini Rövşən Rüstəmov layihə barədə məlumat verib. Bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd "Azersky" peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir. Qeyd edilib ki, müsabiqəyə təqdim olunan 12 layihədən 9-u qalib olub.

"Azərkosmos" ASC-nin nümayəndəsi Eldəniz Əliyev ASC-nin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sonra "Azersky" peykinin təsvirlərinin emalı qrupunun rəhbəri Aqil Əhmədov layihələrin qiymətləndirilməsinə dair yekun təqdimatla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə