2017 il üçün ehtiyac meyarı 116 manata çatdırılacaq

2017 il üçün ehtiyac meyarı 116 manata çatdırılacaq

Milli Məclisdə "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunur. SİA-nın xəbərinə görə, müzakirələr zamanı çıxış edən Milli Məclisin plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadə Rəcəbli bildirib ki, gələn il Azərbaycanda ehtiyac meyarının 10,5 faiz və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir.

Onun sözlərinə görə, bu vəsaitin artması hesabına gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur.

Qeyd edək ki, əvvəlcə gələn il üçün ehtiyac meyarının builki səviyyədə, yəni 105 manat səviyyəsində saxlanılması nəzərdə tutulurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə