Deputat: "Valyutadəyişmə məntəqələri bərpa edilsin"

Deputat: "Valyutadəyişmə məntəqələri bərpa edilsin"

"Azərbaycanda məktəblər inşa olunur və istilik təchizatı sistemi qurulur. Amma "Azəristiliktəchizat"ın SOCAR-a borcu olduğundan bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuq şəraitdə dərs keçməli olur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir. Bu problem öz həllini tapmalıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova deyib.

Millət vəkili çıxışı zamanı valyutadəyişmə mənətəqələrinin yenidən bərpa olunmasını da təklif edib.

E.Axundova əlavə edib ki, bu gün ölkədə "qara bazar" tüğyan edir: "Günlərlə əlimizdəki pulu dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq "qara bazar"da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə mənətqələrinin bərpa edilməsini təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə mənətəqləri niyə bağlandı. Axı bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı"

Millət vəkili əlavə edib ki. valyutadəyişmə mənətəqlərinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsiri göstərir: "Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə