Ərdoğan "Türk axını" sazişini təsdiqləyib

Ərdoğan "Türk axını" sazişini təsdiqləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk axını" qaz kəmərinin tikintisinə dair Rusiya ilə müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb. SİA-nın məlumatına görə, qərar Resmi Gazetedə dərc edilib. Bununla da qanun qüvvəyə minib.

Qeyd edək ki, Moskva və Ankara cari ilin 10 oktyabr tarixində "Türk axını" sazişini imzalayıb. Hazırda Rusiya hökuməti tərəfindən sənəd təsdiqedilmə mərhələsindədir. Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin üzvü Sergey Jeleznyak parlamentin yaxın günlərdə sənədi ratifikasiya edəcəyini bildirib.

Xatırladaq ki, qaz kəmərinin tikintisi üzrə işlərin 2017-ci ildə başlayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə