Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova işdən çıxıb. SİA-nın xəbərinə görə, bu barədə Nuridə Allahyarova sosial şəbəkədəki səhifəsində yazıb.
"Əziz dostlar, doğma Bakı Nəqliyyat Agentliyi ilə iş yollarımızı ayırdıq. Bu müddətdə yeni yaranan qurumumuza və şəxsən mənə ən böyük dəstək mediadan gəldi. Dostlar, haqqınızı halal edin"- deyə, səhifədə qeyd olunub.
Xatırladaq ki, N.Allahyarova bundan əvvəl "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat xidmətinə rəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB