Maliyyə naziri universitetlərin vergiyə cəlb olunmasına münasibət bildirdi
Maliyyə naziri dövlət ali təhsil müəssisələrinin mənfəət və əmlak vergisinə cəlb olunması təklifinə münasibət bildirib. SİA-nın xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı çıxış edən nazir bildirib ki, dövlət ali təhsil müəssisələrinin mənfəət və əmlak vergisinə cəlb olunması ilə bağlı məsələ hökumət qarşısında da qaldırılıb.
Nazir bildirib ki, məsələ ilə bağlı Vergi Məcəlləsində dəyişiklik nəzərdə tutulmur: "Adambaşına maliyyələşmə ilə bağlı mütərəqqi iş görülüb. Dövlət ali təhsil müəssisələri tərəfindən səmərəli işlər görülür. Bu, o demək deyil ki, biz ali təhsil müəssisələrini vergiyə cəlb etməliyik. Digər ölkələrdə də ali təhsil müəssisələri qeyri- kommersiya qurumları kimi fəaliyyət göstərir. Hesab edirik ki, təhsil haqlarından toplanan vəsaitlər ali təhsil müəssisələrinin idarə olunmasına və inkişafına yönəlməlidir. Vəsaitlərdən düzgün və səmərəli istifadə olunması baxımından ali təhsil müəssisələrində korporativ idarəetmə standartları tətbiq olunmalıdır. Müəyyən əhali kateqoriyalarına güzəştlərin edilməsi məsələsi də ali təhsil müəssisələrinin sərəncamına verilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB