Nazir: "Azərenerji"nin SOCAR-a olan borcunu dövlət ödəyəcək"

Nazir: "Azərenerji"nin SOCAR-a olan borcunu dövlət ödəyəcək"

"SOCAR-ın qaz hasilatı və paylanması ilə bağlı əldə etdiyi gəlirlər çox cüzidir. Hətta, kommunal xidmətlərin qiymətinin artımından sonra Şirkətin əldə edəcəyi gəlirlər yalnız xərclərin bağlanmasına imkan yaradır". SİA-nın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

O bildirib ki, "Azərenerji"nin SOCAR-a qalan borcu dövlət büdcəsi hesabına ödəniləcək: "Kommunal xidmətlərin qiymətlərinin artırılmasının təsirləri qiymətləndirilib. Mənfi təsirlərin yumşaldılması üçün əlavə sosial yardımlar göstəriləcək. Əlavə gəlirlər hesabına ünvanlı sosial yardıma əlavə vəsait ayrılacaq və ehtiyac meyarı artırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə