Nazir müavini: "2017-ci ildə 6 mindən çox iş yeri yaradılacaq"

Nazir müavini: "2017-ci ildə 6 mindən çox iş yeri yaradılacaq"

"Dünyada və regionda baş verən mürəkkəb iqtisdi proseslər neftin kəskin şəkildə enməsi, Azərbaycan iqtisadiyyatına da mənfi təsir edib. Xarici şoklar nəticəsində manata təzyiq artıb, ölkəmizdə devalvasiya baş verib. Digər valyutalar manat ifadəsində artıb. Belə şəraitdə valyuta ehtiyatlarından səmərəli istifadə, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafının artırılmasına ehtiyac yaradır". SİA-nın xəbərinə görə, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, gələn ilin büdcəsinin proqnozlarına görə makro iqtisadi sabitlik qorunmalı, biznes mühiti daha da yaxşılaşdırılmalıdır: "Gələn ilin büdcəsinədə qeyri-neft sahəsinin daha da inkişafı, mövcud durumda əhalinin həssas qruplarının sosial vəziyyətinin yaxşılaşdırılması prioritet olaraq müəyyən edilib. Neft fondunun ehtiyatları qorunmalı, habelə iqtisadiyyatın diversifikasiyası və digər tədbirlər nəzərə alınaraq Dünya Bankının ekspertləri cəlb olunub və bir sıra məsələlər nəzərə alınaraq mövcud proqnozlar hazırlanıb".

Nazir müavinin sözlərinə görə, gələn ilin büdcəsində neftin bir barelə görə qiyməti 40 dollar nəzərdə tutulub: "Hazırda gələn il üçün mövcud proqnoz 50.3 dollardır. Bu da bizim konservativ proqnoz verdiyimizi təsdiq edir. Bank sektorunun sağlamlaşdırılması, səmərəliliyin təmin olunması, insanların banklara olan inamının artırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın bir rəqəmli olması əsas amillərdir. Mövcud risklər, habelə neftin ucuzlaşması nəzərə alınmaqla 2017-ci ildə ÜDM-nin 1 faiz, növbəti illərdə isə 2 faizdən artıq artacağı proqnozlaşdırılıb. 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1.4 faiz arta bilər ki, bu da bizim verdiyimiz proqnozdan yüksəkdir. Gələn ilk neft hasilatı aşağı salınacaq. Qeyri-neft sektorunun dəstəklənməsi üçün ölkədə biznes mühitinin inkişafı ilə bağlı Ölkə başçısı tərəfindən verilən qərarlar mühüm əhəmiyyət daşıyır. Cari ildə 6 mindən çox iş yerinin yaradılması nəzərdə tutulub. Rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılması məqsədilə dövlət büdcəsindən asılılğın azaldılması istiqamətində tədbirlərə başlanılıb"

"Gələn il qeyri-neft sektorunda 7.4 fazi artım proqnozlaşdırırıq. Kənd təsərrüfatı istehsalçılarına güzəştlər tətbiq olunur ki, bu, kənd təsərrüfatı sahəsində səmərəliliyin artırılmasına imkan yaradır. İpəkçilik, pambıqıçılığın inkişafı ilə bağlı subsidiylar verilir. Sözgüden sahələr üzrə 13 proqram hazırlanır. Bu sahələr əhalinin məşğulluğunu da artıracaq. Gələn il İKT sektorunda da artım proqnozlaşdırılır. Tikinti sektorunda investisiyaların azalması bu sahədə proqnozların azalacağını göstərir"- deyə, S. Həsənova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə