“Yaşıl çay” çay əkinində fərqlənən işçilərini mükafatlandırıb FOTOLAR
"Yaşıl çay" fermer təsərrüfatında çay əkini və təmir işlərinin başa çatması ilə əlaqədar qabaqcıl işçilərin mükafatlandırma mərasimi keçirilib. Tədbir çay sahəsində baş tutub. Təsərrüfatın rəhbəri Araz Yağubov əvvəlcə çay əkini və təmir işləri zamanı zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, əkin və təmir işləri başlayan ilk gündən işə daha ciddi yanaşan, ürək yandıran, tapşırıqları daim keyfiyyətlə həyata keçirən işçilərimiz diqqətimizdən yayınmayıb. Rayonumuzda çayçılığın bərpa olunmasında əməyi olan hər kəs ən yüksək tərifə layiqdir. Qərara almışıq ki, həmin işçilərimizi qiymətli hədiyyələrlə mükafatlandıraq. Növbəti ildə də bu ənənə davam etdiriləcək, nümunəvi işi ilə seçilən qabaqcılların daha yüksək səviyyədə mükafatlandırılması diqqətdə saxlanacaq.
Sonra Araz Yağubov çay əkinində fərqlənənlərdən Muradova Sevdaya paltaryuyan, Muradova Gülarəyə tozsoran, Quliyeva Mərcana tozsoran, Nəsirova Pərvanəyə ətşəkən, Qədirova Natəvana ətçəkən, Babayeva Həyata ətçəkən, çay sahələrinin təmirində fərqlənənlərdən Əhmədova Elnarəyə televizor, Xanverdiyeva Sevilə ətçəkən, Abbasova Xanıma ətçəkən, Kişiyeva Vüsaləyə fincan dəsti, Quliyev Fəxi yə ətçəkən, Quliyeva Aynaya çaynik təqdim edib.
Həmçinin təsərrüfatın bütün işçilərinə şarf hədiyyə edilib.
İşçilər də öz növbəsində onlara göstərilən diqqətə görə rəhbərliyə öz minnətdarlıqlarını bildirib, bundan sonra da təsərrüfatın uğurları üçün səy və bacarıqlarını əsirgəməyəcəklərini söyləyiblər.
Qeyd edək ki, təsərrüfatın 61 hektar çay sahəsi vardır. Bu il 15 hektar sahədə "Kolxida" çay sortu şitilindən istifadə edilməklə təmir işləri aparılıb. Gələn il əkininə də indidən hazırlıq işləri görülür. Bununçün sahələr hazırlanıb. 30 hektarda əkin aparmaq məqsədilə yazda 1 hektarda tinglik salınması üçün yer ayrılıb. Bu məqsədlə təsərrüfatın özündə ilk dəfə olaraq lazımi miqdarda "Kolxida" sortundan çay toxumu tədarük və sertifikasiya olunub.
S. Mirsəfəroğlu








.jpg)

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB