Özəlləşdirmə sahəsində digər ölkələrin təcrübəsi öyrənilməklə iki dövlət proqramı, özəlləşdirmə ilə bağlı qanun və 50-dən çox normativ-hüquqi sənəd təsdiq olunub. SİA-nın xəbərinə görə, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Bakı Ekspo Mərkəzində keçirilən "Daşınmaz Əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda konfransda deyib. O bildirib ki, özəlləşdirmə prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 47 minə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib. Həmçinin 1600-yə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilərək, səhmləri özəlləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB