İlham Şaban: “Qazın qiymətinin artması gözlənilmir“ 2025-ci ilədək

İlham Şaban: “Qazın qiymətinin artması gözlənilmir“ 2025-ci ilədək

"İran öz qazını ancaq 2020-ci ildən sonra dünya bazarına kiçik həcmlərdə çıxarda bilər. Bu da boru kəməri vasitəsilə ola bilməz. Çünki dünya bazarına qaz çıxarması üçün İranın boru sistemi yoxdur". Bunu SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O, İranın dünya bazarına qaz çıxarmasının ümumi gedişata heç bir təsir göstərə bilməyəcəyini qeyd edib: "İran boru kəməri vasitəsilə yalnız regiona qaz sata bilər. Onuszda dünyada qazın qiyməti yüksək deyil və stabildir. Qazın qiymətinin bir hissəsi neftə bağlıdır. 2025-ci ilədək isə dünya bazarında qazın qiymətinin artması gözlənilmir. Bu baxımdan İran qazının dünya bazarına heç bir təsiri ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə