Neft bazarında vəziyyət müzakirə ediləcək

Neft bazarında vəziyyət müzakirə ediləcək

OPEC-in baş direktoru Məhəmməd Barkindo bu gün İranın neft naziri Bican Zanqane ilə görüşəcək. SİA-nın RİA Novosti-yə istinadən məlumatına görə, tərəflər neft bazarında cari vəziyyəti müzakirə edəcəklər.

Həmçinin, OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək iclasında müzakirə ediləcək əsas məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə