Novak: “Neft bazarının sabitləşməsi imkanı var”

Novak: “Neft bazarının sabitləşməsi imkanı var”

Neft hasil edən ölkələrin nəzərdə tutulan sazişi imzalaması neft bazarının sabitləşməsinə ciddi imkan yaradacaq. SİA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bunu Rusiyanın enerji naziri Aleksandr Novak Dohada keçirilən görüşün yekununu şərh edərkən bildirib.

Onun sözlərinə görə, neft hasil edən ölkələrin təmsilçilərinin neft bazarının sabitləşməsinə dair müzakirələri faydalı olub, tərəflərin mövqeyində yaxınlaşma var: "Mən həqiqətən də tərəflərin mövqelərində yaxınlaşma hiss etdim. Düşünürəm ki, sazişin əldə olunması artıq reallığa çevrilir".

Qeyd edək ki, sentyabrın sonunda Əlcəzairdə keçirilən OPEK-in qeyri-rəsmi iclasında neft hasilatının məhdudlaşdırılması barədə ilkin razılığa gəlinib. Yekun qərar isə OPEK-in noyabrın 30-da keçiriləcək rəsmi iclasında veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə