Rusiyanın enerji nəhəngi "Gazprom" şirkətinin Türkiyəyə təbii qaz nəqli bu ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz azalaraq 17 milyard kubmetrə geriləyib. Bu barədə "Gazprom"dan edilən şərhdə deyilir.
Bu ilin yanvar-sentyabr aylarında "Gazprom"dan Avropaya təbii qaz ixracı keçən ilin eyni dövrünə görə 10,8 faiz artıb. İlin sonunda qitəyə qaz ixracının ümumilikdə 170 milyard kubmetri keçməsi gözlənilir.
"Gazprom" bu ilin ilk 9 ayında keçən ilin eyni dövrünə nisbətən Avropaya 14,9 milyard kubmetr artımla ümumilikdə 103 milyard kubmetr təbii qaz ixrac edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB