"Trampın qələbəsi və neftin qiyməti İntriqası" AÇIQLAMA

"Trampın qələbəsi və neftin qiyməti İntriqası" AÇIQLAMA

"Trampın qələbəsindən sonra neftin qiymətinə təsir edəcək amillərin sayı ilə yanaşı üç əsas riski göstərmək olar". Bunu SİA-ya iqtisadçı ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, bu faktorlar qısa və orta müddətli perspektivdə neftin qiymətinə əsaslı təsir edəcək:

1. Dollar gözlənildiyi kimi artım rallisini davam edəcək. Bu da öz növbəsində neftin qiymətinə təsir göstərəcək.

2. Yeni administrasiyanın makrosiyasətindəki dəyişikliklər inkişaf edən ölkələrdə neftin təlabatına mənfi kəskin təsir edə bilər. Bu iki üsul ilə baş verə bilər. Birincisi – uçot dərəcəsinin artırılması, ikincisi isə ticarət dövriyyəsinin azalması yolu ilə. Xatırlayırsinizsa Trampın iqtisati proqramında buna dair xüsusi məhdudiyyətlər siyasəti mövcuddur.

3. Mikro energetik səviyyədə istehsal xərclərinin azalmasına gətirib çıxara bilər ki, bu da öz növbəsində enerji layihələrin "bloklaşmasının" açılmasına yönələ bilər. Nəticədə daxili hasılat yaxın 2-3 il ərzində xeyli arta bilər. Donald Tramp üçün enerji təhlükəsizliyinin təminatı ətraf mühitin qorunmasından daha prioritetlidir. Bu cür yanaşma boruların, neft buruğlarının sayının artmasına və neft emalı müəssisələrinin fəallaşmasına gətirəcəkdir.

Lakin, neftin qiymətləri üçün hər şey bu qədər də pis deyil. Potensialda iki müsbət məqam mövcuddur: inflyasiyanın artması və geosiyasi risk. Yaxın Şərqdə (misal üçün Yəməndə) orta miqyaslı və qısa müddətli müharibə barrelin qiymətini 70 dollara qədər asanlıqla qaldıra bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə