"ABŞ-Azərbaycan iqtisadi əlaqələri bundan sonra da davam edəcək" AÇIQLAMA
"Azərbaycan ABŞ və digər ölkəkərlə əlaqələrini strateji müttəfiqlik prinsipləri ilə qurmaqda maraqlıdır. Ölkəmiz Qərbin eləcə də Amerikanın regiondakı enerji siyasətinə töhfə verən ölkələr sırasındadır". Bunu SIA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, regionda həyata keçirilən Bakı -Tbilisi-Ceyhan və digər layihələri ölkəmiz tərəfindən reallaşdırmaqla yanaşı, Azərbycanın siyasi iradəsi və dəstəyi hesabına həyata keçirilir.
V.Bayramovun sözlərinə görə, bu gün ABŞ Azərbaycanın əsas müttəfiqlərindən hesab olunur: "Donald Trampın seçki qabağı radikal fikirlər irəli sürməsinə baxmayaraq, güman etmirəm ki, ABŞ-da yeni prezidentin seçilməsi ölkənin xarici və iqtisadi siyasətində hər hansı dəyişikliyə səbəb olsun. ABŞ-da Respublikaçılar hakimiyyətdə olan zaman Amerika ilə Azərbaycan münasibətlərinin daha yaxşı olduğunu nəzərə alsaq, Trampın prezident seçilməsi ölkələrimiz arasında münasibətlərə müsbət təsir göstərəcək".
İqtisadçı-ekspert qeyd edib ki, iki ölkə arasında olan iqtisadi əlaqələr bundan sonra da davam edəcək, enerji siyasəti eləcə də digər sahələrdə olan müttəfiqlik qorunub saxlanılacaq: "Azərbaycan həm də Əfqanıstanda anti-terror əməliyyatlarına dəstək verən ölkədir, neft məhsullarının təminatı, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq edir. Bu baxımdan deyə bilərik ki, Donald Trampın seçkidə qalib gəlməsi ABŞ-Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasına gətirib çıxaracaq və nəticə etibarı ilə yeni prezidentin dövründə də əlaqələr qorunub saxlanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB