OPEC-ə üzv dövlətlər neft hasilatı ilə bağlı noyabrın 30-da Vyanada keçiriləcək görüşdən sonra razılığa gələ bilərlər. SİA RİA-Novostiyə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Zangene deyib. O bildirib ki, OPEC ölkələrinin razılığa gələcəyi ilə bağlı çox da pessimist deyil. İranlı nazir əlavə edib ki, 30 noyabr görüşündə neft hasilatının azaldılması üzrə Əlcəzair anlaşması müzakirə olunaraq qərar veriləcək.
Qeyd edək ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdə keçirilən qeyri-formal görüşündə neft hasilatının azaldılması razılaşdırılıb. Lakin hər bir ölkə üzrə konkret limitə dair hələ ki, razılığa gəlinməyib. Yekun qərarın noyabrın 30-da qəbul ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB