Bu ilin 9 ayında Gürcüstana 715,9 milyon kubmetr təbii qaz ixrac edilib

Bu ilin 9 ayında Gürcüstana 715,9 milyon kubmetr təbii qaz ixrac edilib

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Gürcüstana 715,9 milyon kubmetr təbii qaz ixrac edib. Bu barədə "naturalgasworld.com"a müsahibəsində SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.

"Hesabat dövründə İrana 167,3 milyon kubmetr təbii qaz ixrac olunub. İran əldə etdiyi Azərbaycan qazının 15 faizini svop haqqı kimi götürür, qalan qaz həcmlərini isə öz ərazisi ilə qaz tələbatının ödənilməsi üçün Naxçıvan Muxtar Respublikasına göndərir", - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə