“Rəqabət Məcəlləsi” gündəlikdən çıxarıldı

“Rəqabət Məcəlləsi” gündəlikdən çıxarıldı

"Rəqabət Məcəlləsi" bu ilin payız sessiyasında gündəliyə salınmayıb. Bu barədə SİA-ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

O bildirib ki, qanun layihəsinin payız sessiyasında qəbul olunması gözlənilsə də, hazırda bunu demək mümkün deyil.

Millət vəkilinin fikrincə, məcəllə Azərbaycanda sahibkarlığın inkişafı, inhisarlığın qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb edir: "Bu baxımdan da indiki şəraitdə "Rəqabət Məcəlləsi"nin qəbulu böyük əhəmiyyətə malik olardı. Bu qanuna çox böyük ehtiyac var, Azərbaycanda bərabər rəqabət mühiti yaradılmalıdır. Lakin layihə gündəliyə salınmadığı üçün yəqin ki, qanun bu sessiyada da qəbul olunmayacaq".

Qeyd edək ki, "Rəqabət Məcəlləsi" 2007-ci ildə ikinci oxunuşda müzakirə edilərək qəbul olunub. Məcəllə 18 fəsil, 82 maddədən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə