Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. Fonddan SİA-ya verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 650,979 mln. manat ödənilib.
Belə ki, "Parabank" ASC-nin qorunan əmanətçiləri 41,747 mln. manat, "Zaminbank" ASC - 51,048 mln. manat, "Kredobank" ASC - 26,136 mln. manat, "Dekabank" ASC - 2,887 mln. manat, "Atrabank" ASC - 14,17 mln. manat, "Qafqaz İnkişaf Bankı" ASC - 1,88 mln. manat, "Bank of Azerbaijan" ASC - 24,117 mln. manat, "Gəncəbank" ASC - 969 min manat, "Texnikabank" ASC - 120 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 368,161 mln. manat kompensasiya alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB