“Əlcəzairlə Azərbaycan arasında birbaşa reys açıla bilər”

“Əlcəzairlə Azərbaycan arasında birbaşa reys açıla bilər”

"Əlcəzairlə Azərbaycan arasında birbaşa reys açıla bilər". Bunu SİA-ya müsahibəsində Əlcəzairin Azərbaycandakı müvəqqəti işlər vəkili Abbes Benmoussat deyib. O bildirib ki, birbaşa reysin açılması ilə bağlı təklif var: "2015-ci ildə Əlcəzairdən Azərbaycana 50 nəfər turist səyahət edib. Bu il isə turistlərin sayı 120 nəfər olub. Əgər birbaşa uçuşlar olsa, bizim ölkəmizdən Azərbaycana xeyli turist gələ bilər. Lakin məsafənin uzaq olması bu işə mane olur".

Diplomat bildirib ki, adətən əlcəzairli turistlər Fransaya,Tunisə səfər etməyə üstünlük verirlər. Bu da məsafənin yaxınlığı ilə bağlıdır. Başqa bir təklif isə Əlcəzair-İran-Bakı reysinin açılması ilə bağlıdır. Hər iki təklifin ölkələr arasında müzakirəsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə