SOCAR-ın bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq

SOCAR-ın bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhmdar cəmiyyət formasında fəaliyyət göstərən bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq. SİA-nın xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev çıxışı zamanı deyib.

Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən R. Abdullayev qeyd edib ki, bunun üçün gəlirlə işləyən müəssisələr seçiləcək: "Çünki, bu cür müəssisələrin səhmləri vətəndaşlarımız üçün daha maraqlıdır".

R.Abdullayev onu da vurğulayıb ki, SOCAR-ın özünün ilkin səhm bazarına (İPO) çıxmaq planı yoxdur. Şirkət prezidenti həmçinin qeyd edib ki, xarici borc bazarına çıxarılması, bond buraxılması da gündəmdə deyil: "SOCAR istiqrazlarının buraxılmasında məqsəd xarici investorlara ödədiyimiz faizləri daxili investorlara yönəltməkdir. Xarici bazardan vəsait cəlb etsək, uzunmüddətli cəlb etməliyik, bu cür borclanma bizə uzunmüddətli layihələr üçün lazımdır. Hələ ki, belə bir plan yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə