Mərkəzi Bank: İqtisadiyyata 16839,7 milyon manat kredit qoyulub

Mərkəzi Bank: İqtisadiyyata 16839,7 milyon manat kredit qoyulub

Mərkəzi Bankın məlumatına görə, 2016-cı il sentyabrın 1-dək Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu milli valyuta ekvivalentində 16839,7 milyon manat təşkil edib. Kreditlərin 13211,3 milyon manatı uzunmüddətli olub.

Dövlət Statistika Komitəsinin xəbərində deyilir ki, kreditlərin 32,8 faizi dövlətin, 64,2 faizi qeyri-dövlət banklarının, 3,0 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşüb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə