"Suveren dövlətlərin valyuta ittifaqı iki halda mümkündür: valyuta kursunun stabilliyini təmin etmək üçün pul siyasətinin aparılması və dövlətlərin öz suveren borcları üçün milli məsuliyyəti. Bu iki şərt Avropa valyuta ittifaqında yerinə yetirilmir". Bunu SİA-ya ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, belə olan halda Avropa valyuta ittifaqının həyatının davamı üçün zəmin qalmır: "Dövlətlərin maraqlarının müxtəlifliyinə görə bu halda arvo layihəsinin bir neçə il və ya ən yaxşı halda on ilədək həyatı qalıb. Avro valyutası daha çox identiklik layihəsinə bənzəyir".
E.Əliyev əlavə edib ki, eyni fikiri Avropa Mərkəzi Bankının sabiq baş iqtisadçısı, avro layihəsinin yaranmasında mühüm rolu olan, professor Otmar İssinq də fikir olaraq açıqlayıb. Bu barədə o, "Daily Telegraph"-da da mülahizəsini paylaşdı və qeyd etdi ki, Avro layihəsinin bugünkü forması dayanıqlı deyil.
Onun fikirinə əsasən Avro-nun əsas problemi ondan ibarətdir ki, avro layihəsi yaradılarkən iqtisadi deyil siyasi layihə kimi meydana gəlmişdir. Siyasətin iqtisadiyyat üzərində müvəqqəti triumfu Avropa İttifaqının mövcudluğunu şərtləndirə bildi. Lakin "Sabitlik və artım İttifaqı" daimi deyil. Bazar nizam-intizamına Avropa Mərkəzi Bankının müdaxilələri sayəsində xitam verilmişdir.
"Günlərin" birində oyun kartlarına bənzəyən bu ev dağılaraq, süquta yetəcək. Ən yaxşı halda Avropa Mərkəzi Bankı müvəqqəti inyeksiyalar ilə bu kollapsı müəyyən müddət qabaqlayacaq. Lakin bu proses daima ola bilmədiyi üçün, Avro layihəsinin sonu yaxınlaşacaqdır.
Britaniyanın da, avronun böhranı nəticəsində müstəqil siyasət aparmaq imkanları yaranacaqdır, lakin Avropa zonası, böhranın daha tez gələ biləcəyinə görə şokdan sığortalanmamışdır, professor vurğulayaraq fikirini tamamlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB