“Aqrar sektorda sığortanın təkmilləşdirilməsi üzrə işlər davam edir” Nazir müavini
"Kənd təsərrüfatı dünyada ən riskli istehsal sahələrdən biridir və bu sahədə risklərin yumşaldılması, fermerlərin çəkdikləri ziyanın ödənilməsi üçün müvafiq işlər görülməkdədir".
SİA-nın məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov nazirliyin Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə aqrar sığorta modelinin müəyyən edilməsi üzrə yaradılan işçi qrup çərçivəsində görülən işlər barədə danışarkən deyib. O bildirib ki, ötən il Maliyyə Nazirliyi ilə birgə kənd təsərrüfatında sığorta işinin yenidən təşkili və dövlət dəstəyinin göstərilməsi üçün xüsusi bir qanun layihəsi hazırlanıb hökumətə təqdim olunub: "Artıq həmin qanun layihəsinə Milli Məclisdə baxılmaqdadır. Həmin işin davamı olaraq əvvəllər Maliyyə Nazirliyinin nəzdində Dövlət Sığorta Nəzarəti Xidməti fəaliyyət göstərirdi. Hazırda həmin funksiya Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. Amma birgə işlədiyimiz qeyd edilən qanun layihəsi çərçivəsində işçi qrupu səviyyəsində növbəti addımlar atılır. Yəni xüsusi tədbirlər planı hazırlanacaq və qanun qəbul edildikdən sonra bütövlükdə bu sahənin inkişaf etdirilməsi üçün dövlət tərəfindən həyata keçirləcək stimullaşdırıcı tədbirlərin siyahısı müəyyənləşdirilib və bu istiqamətində addımlar atılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB