Nobel mükafatçısı: "GMO-ların sağlam məhsul olduğu sübut edilib" ŞOK İDDİA
Bütün problemlərin həllini elmin vasitəsilə tapmaq olar. SİA-nın məlumatına görə, bunu V Bakı Beynəlxalq Forumun çərçivəsində müzakirələrdəki çıxışında kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus deyib.
O bildirib ki, forumda hazırda müasir dünyamızın üzləşdiyi bir sıra problemlər vurğulandı. Həmin problemlərlə birgə həll etmək mümkündü. Həmçinin, burada elm də mühüm rol oynayır. Fiziologiya və tibb üzrə Nobel mükafatçısı Riçard Con Roberts genetik modifikasiya edilmiş məhsullardan danışıb.
Onun sözlərinə görə, 1980-ci illərdən başlayaraq GMO məhsullarının yayılması nəzərə çarpmağa başlad. Eyni zamanda bunların təhkükəli olması barədə də məlumatlar meydana gəldi: "Ancaq faktlara əsasən bəyanatlar vermək lazımdır. Çünki genetik modifikasiya edilmiş məhsullar insanlar üçün heç də təhlükəli deyil. Sübut olunub ki GMO-lar sağlam qida növüdür və fərqi budur ki, daha surətlə inkişaf edir".
Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin enerji məsələlərindən söz açıb: "Enerji yerdən çıxarılır və bir dəfə istifadə edilir. Bu gün enerjinin dünyadakı proseslərə təsiri nisbətən az olsa da, 200-1000 il sonrakı nəsilləri də düşünməliyik. Biz stənilən halda enerji ilə məşğul olmalıyıq. Enerji tam iqtisadiyyatın problemi deyil, çünki iqtisadiyyat enerji problemini tam həll edə bilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB