Ukraynada fəaliyyət göstərən "Şevçenskiy zavod prodtovarov" MMC və "Desna" qənnadı fabriki Azərbaycanda əməkdaşlıq əlaqələri qurmaqda və öz məhsullarının satışını həyata keçirməkdə maraqlıdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun məlumatında deyilir ki, "Şevçenskiy zavod prodtovarov" MMC və "Desna" qənnadı fabriki ixrac üçün həm qablaşdırılmış, həm də çəki ilə satılan məhsullarının minimal qiymətinin əks olunduğu siyahılarını (Şevçenskiy Zavod Prodtovarov, Desna) əməkdaşlıqda maraqlı olan iş adamlarının və sahibkara təqdim edib.
Şirkətin məhsulları Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Kanada, Livan, Moldova, Polşa, Rumıniya, ABŞ, Çexiya və Afrikanın bir sıra ölkələrinə ixrac olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB