“Reuters”: OPEC-in neft hasilatı gündəlik 40 min barrel artıb

“Reuters”: OPEC-in neft hasilatı gündəlik 40 min barrel artıb

"Reuters"in analitikləri Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft hasilatının avqust ayında iyul ayı ilə müqayisədə gündəlik 40 min barrel (0,12 faiz) artaraq 33,5 milyon barrelə çatdığını proqnozlaşdırır.

Analitiklər arasında keçirilən sorğuya əsasən Səudiyyə Ərəbistanının yeni hasilat rekordu həyata keçirdiyi ehtimal olunur. Ekspertlər Səudiyyə Ərəbistanının hasilatı 10,7 milyon barrel/günə çatdırdığını, hətta bəziləri neft istehsalının 10,9 milyon barrel/gün olduğunu bildirir.

Avqustda neft hasilatını artıran ölkələr arasında İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də var. İranın hasilatında dəyişiklik olmadığı bildirilir. Nigeriya, Liviya və Venesuelada isə hasilatın azaldığı qeyd edilir.

OPEC-in rəsmi hesabatının sentyabrın 12-də açıqlanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə