“2006-cı ildən indiyədək Bakı şəhəri üzrə 1050 kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib”
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, 2006-cı ildən indiyədək Bakı şəhəri üzrə 1050 kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib. Eyni zamanda, belə yarmarkalar Sumqayıt və Abşeronda da fəaliyyət göstərir: "Yarmarkalarda indiyədək 240 min tondan çox məhsul satılıb. Məqsəd ölkədə əhalini ucuz, keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək, həmçinin fermerlərin yarmarkalara maneəsiz çıxışına şərait yaratmaqdır", - deyə nazir müavini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB