"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2581 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2670-2665 metr intervaldan sutkalıq 20 ton neft və 4200 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB