Kərkük-Ceyhan ilə yenidən neft nəqlinə başlanılıb

Kərkük-Ceyhan ilə yenidən neft nəqlinə başlanılıb

İraq hökuməti ilə İraq kürd muxtar regionu arasında yaranan anlaşılmazlıq ilə əlaqədar xam neftin nəqli dayandırılan Kərkük-Ceyhan boru kəmərindən neft daşınmasına yenidən başlanılıb.

Anadolu agentliyi xəbər verir ki, İraqın Neft Nazirliyinin tapşırığına uyğun olaraq dünən axşamdan etibarən Kərkük-Ceyhan boru kəmərindən xam neftin nəqlinə yenidən başlanılıb. Artıq boru kəməri ilə 100 min barrelədək neft nəql edilib. Yaxın vaxtlarda bu həcmin gündəlik 500 min barrelə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, İraqın Baş naziri Heydər əl-Abadi mart ayında Kərkük neftinin Ceyhan limanına daşınmasının dayandırılması ilə bağlı göstəriş vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə